Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyi sosial layihə keçirdi - Fotolar

"Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin təşkilatçılığı və Suraxanı rayon İcra Hakimiyyətinin dəstəyi ilə Suraxanı rayon, Əmircan qəsəbəsi Heydər Əliyev parkında "Heydər Əliyev və mənəvi dəyərlər" mövzusunda sosial bazar istiqamətində başlanan "Qutabdan Kitaba" adlı sosial sahibkarlıq layihəsi keçirilib.

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sosial bazarda həssas qrup nümayəndəsi tənha analar özlərinin və digər ata himayəsindən məhrum övladların təhsilinə dəstək olmaq üçün bir araya yığılır, milli mətbəximizin əvəzolunmaz təamı, növbənöv qutablardan bişirərək əhali arasında satışını təşkil edirlər. Əhali arasında böyük maraq və sevgi ilə qarşılanan sosial bazar layihəsinin iştirakçıları həm dadlı qutablardan nuş edərək ata himayəsindən məhrum, bölgələrdə yaşayan abituriyentlərin təhsil xərclərinə dəstək vermiş olur, həm də mənəvi dəyərlərimizin təbliği istiqamətində könüllülər tərəfindən maariflənir və bilavasitə layihənin iştirakçısı olurlar. Sosial bazarda həmçinin ictimai birliyin sosial sahibkarlıq layihələrinin məhsullarının, ikinci əl kitabların sərgi-satışı, uşaqlar üçün boyama master-klası də təşkil olunur.

Sosial bazarda Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov və İcra Hakimiyyəti nümayəndələri iştirak edərək ölkəmizdə sosial sahibkarlığın təbliğinə dəstək göstərən bu layihənin fəaliyyəti ilə daha yaxından tanış olublar. İctimai birliyin sədri Yeganə Mirzəyeva cənab başçı Əziz Əzizova Suraxanı rayonu ərazisində sosial sahibkarlığın təbliğinə xidmət edən Sosial Bazarın təşkilinə göstərdiyi dəstək üçün "Qutabdan kitaba" sosial sahibkarlıq layihəsinin aktiv iştirakçıları olan həssas qrup nümayəndəsi tənha analar və gənclər adından təşəkkürnamə təqdim edib. Yeganə Mirzəyeva bildirib ki, Suraxanı rayon İcra Hakimiyyəti "Qutabdan kitaba" sosial sahibkarlıq layihəsinin icrasına yüksək etimad və diqqət göstərərək bölgə ərazisində yerləşən çoxsaylı təlim-tədris müəssisələrinin müəllim və şagird kollektivini layihəyə dəvət etmiş, layihənin geniş miqyasda keçirilməsinə xüsusi təşəbbüs göstərmişdir. Biz Suraxanı rayon İcra Hakimiyyətinin ümumilli liderimiz Heydər Əliyevin dönə-dönə vurğuladığı mənəvi dəyərlərin təbliği yönündə cəmiyyətə töhfə vermək istiqamətində çalışaraq sosial sahibkarlıq layihəmizə böyük dəstək olduğunun şahidi olduq.

Qeyd edək ki, bu dəfə keçirilən sosial bazar özünü rekord nəticəsini göstərib. Belə ki, həssas qrup nümayəndəsi xanımlar ilk dəfə 50 kq unun xəmirini yoğurub, layihədə maksimal qutab satışı həyata keçiriblər.

Birlik geniş miqyasda təşkil edilən "Qutabdan kitaba" sosial sahibkarlıq layihəsində coşqularına qoşulan, öz gəlişləri, iştirakları ilə layihəyə rəng və dəyər qatan xeyirsevər Suraxanı əhalisinə dərin minnətdarlığını bildirir.

Fotolar

Poliqon.info 


Etiket: Layihə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar